2 fevral 2014 16:33
Böyükağa Hacıyev: Dənizli mənim böyük qardaşımdır, ancaq meydanda Xəzər Lənkərandan qorxmuram
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” qarşı keçiriləcək oyun haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Xəzər Lənkəran”ın “Qarabağ” üzərində qələbəsi rəqibin gücündən xəbər verir. Biz bunu bilirik. Mustafa Dənizli bizim böyük qardaşımız, Türkiyə təmsilçisidir. Ancaq, meydanda biz rəqiblərik və “Xəzər Lənkəran”dan qorxmuram. Rəqibə Rednikin başçılıq etdiyi oyunda mən səsimi itirmişəm”.
