2 fevral 2014 16:22
Böyükağa Hacıyev: Bəzilərinə sübut etdik ki, Neftçiyə transferlər gərək deyil
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 19-cu turu çərçivəsində keçirilmiş “Neftçi” - “Simurq” oyunu (3:0) haqda fikirlərinin bildirib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Komanda çempionatın startı ərəfəsində səhvlər buraxır. Dünən bizim rəqiblərimiz xallar itirdilər. Buna görə biz bu gün qələbə qazanmaq istəyirdik. Birinci hissədə futbolçularım yüksək səviyyəli futbol göstərə bilmədilər və mən fasilədə əvəzləmələr etdim. Meydana çıxanlar üç qol vurdular. Ancaq biz hələ özümüzə tam gəlməmişik. Biz bəzilərinə sübut etdik ki, “Neftçi”yə transferlər gərək deyil. “Neftçi” benzin və yağa ehtiyacı olmayan hazır maşındır. İşə sal və sür, get”.
