Bakı FK: Biz FIFA-ya öz dəlillərimizi təqdim etmişik
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına açıqlamasında FIFA tərəfindən gözlənilən sanksiyalar haqda fikrini bildirib:
“Biz bu haqda FIFA-ya öz dəlillərimizi təqdim etmişik. Ruslan almalı olduğu məbləği tələb etmir. Biz bu məsələ ilə bağlı FIFA-nın son qərarını gözləyirik. Əgər onlar qərarı futbolçunun xeyrinə çıxarsalar, bu halda, biz bütün məbləği Leviqaya ödəyəcəyik”.
Xatırladaq ki, gözlənilən sanksiyaya səbəb, “Bakı” futbol klubunun FIFA-nın Mübahisələrin həlli palatasının ukraynalı futbolçu, hazırda “Neftyanik-Ukrnaft”da çıxış edən Ruslan Leviqanın işi ilə bağlı qərarına etinasızlığıdır.
Futbolçu son dəfə Bakının formasını 2011-ci ilin aprel ayıbda geyib. Sonra isə komandanın baş məşqçisi Aleksandr Starkov futbolçunu transferə çıxarıb.
2013-cü ilin iyununda Palata klub qarşısında futbolçunun borcunun ödənilməsi və bu borcun gecikdirilməsi ilə bağlı cərimə faizini ödəmək haqda rəsmi qərar çıxarmışdı.
