2 fevral 2014 14:00

Eduardo: Bizim qrupdan birinci olaraq çıxmağımız arzuolunandır

Futzal üzrə millimizin oyunçusu Eduardo azerisport.az saytına müsahibəsində AÇ-də İtaliya yığmasına qarşı keçiriləcək oyun haqda danışmaqla yanaşı, Sloveniya millisinə qarşı keçirilmiş oyunu (7:6) xatırlayıb:

- Sloveniya millisinə qarşı keçirilmiş oyundan sonra özünüzə gəlmisiniz?
- Nə qədər çətin olsa da, biz artıq İtaliya yığmasına qarşı oyuna köklənirik. Hissləri bir kənara atmışıq. Vacib oyun ərəfəsində hisslər gərək deyil. Sizə deyim ki, hesab 2:5 Sloveniya millisinin xeyrinə olarkən belə, inanırdım ki, qalib gələ biləcəyik. Buna şübhə etmirdim. Biz yaxşı toplanış keçmişdik və hər şeyə hazır idik.

- İtaliya yığmasının istirahətə iki gün çox vaxtı olacaq. Bu, komandanın oyununda əksini tapa bilər?
- Yorğunluqdan əlavə, meydanda çoxlu əsəb qoyduq. Ancaq ümid edirəm ki, bu, həlledici amil olmayacaq.

- Qələbəyə rəğmən, yumşaq desək, komanda heç də ən yaxşı oyununu göstərmədi. İtaliya yığmasına qarşı oyundan nə gözləyək?
- Həqiqətən, biz çoxlu səhvlər buraxdıq. Tez-tez top itirirdik. Biz daha yaxşı oynamalıyıq. Belə oyunla uğura nail olmaq çətin olacaq. Ancaq nail olmağa borcluyuq.  Sloveniya yığması ilə belə bir trillerdən sonra bizim məğlub olmağa haqqımız yoxdur. Baxmayaraq ki, rəqib səviyyəcə daha yüksək olacaq və belə səhvləri bağışlamayacaq. Bizim qrupdan birinci olaraq çıxmağımız arzuolunandır.

- Bu qarşılaşma ərəfəsində Azərbaycan yığması qrupda birinci pillədədir. Komandanı hətta bir top fərqli məğlubiyyət də qane edir.
- Biz öz taleyimizi özümüz həll edəcəyik və top fərqi haqda düşünməyəcəyik. Bizim potensialımız var. Bu, bizə hətta İtaliya kimi güclü komanda üzərində qələbəyə ümid etməyə imkan verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.