2 fevral 2014 01:22
Xəzər Lənkəran iki il ərzində ilk dəfə çempionat oyunlarında ardıcıl üçüncü qələbəni qazandı
TPL-in 19-cu turu çərçivəsində “Qarabağ” üzərində qələbə (1:0) qazanmış “Xəzər Lənkəran”, son iki il ərzində ilk dəfə olaraq, çempionat oyunlarında ardıcıl üçüncü qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, “gəmiqayıranlar” son dəfə belə nəticəni 2011-12-ci illər mövsümündə göstəriblər.
Maraqlıdır ki, cənub təmsilçisi o zaman da indiki kimi: iki oyunda qış fasiləsi zamanı, bir oyunda isə yeni ildə qələbə qazanmışdı.
