2 fevral 2014 01:00
Sumqayıt - Qəbələ oyunu Bakıda keçiriləcək
TPL-in 19-cu turu çərçivəsində keçiriləcək oyunlardan daha birinin keçirilmə tarixi və yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına stadionda keçirilməsi nəzərdə tutulmuş “Sumqayıt” - “Qəbələ” oyunu bu gün 14:30-da “Bayıl Arena”da baş tutacaq.
Beləliklə, TPL-in 19-cu turu çərçivəsində bu gün keçiriləcək oyunlarla tanış olun:
13:30. “Bakı” - “Rəvan” (Bakı, “Bakı”nın baza stadionu)
14:00. “Neftçi” - “Simurq” (Bakı, İsmət Qayıbov adına stadion)
14:30. “Sumqayıt” - “Qəbələ” (Bakı, “Bayıl Arena”)
17:00. “İnter” - AZAL (Bakı, “Şəfa” stadionu)
