1 fevral 2014 11:20

Vitali Borisov: İtaliya ilə oyunda bizi heç-heçə də qane edir

Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Vitali Borisovun azerisport.az saytına müsahibəsi 
- Oyun haqda nə deyə bilərsiz?
- Ağır oyun alındı. Hesabı açsaq da, sonrakı dəqiqələrdə çətin vəziyyətə düşdük. Hətta 2:5 hesabıyla məğlub durumda idik. Amma beşinci meydan oyunçusundan yaxşı yararlandıq. Sona 20 saniyə qalmış isə qələbə topunu vura bildik.
 
- Komandamızın ilk hissədə bərbad oynamasının səbəbi nə idi?
- Səhvlərimiz çox idi. Unutmayın ki, biz ilk oyunumuza çıxmışdıq. Bu, öz sözünü deyirdi.
 
- Sizə elə gəlmir ki, çox asan qollar buraxırıq?
- Standart vəziyyətlər zamanı necə oynamaq lazım olduğunu yaxşı müəyyənləşdirə bilməmişdik. Çoxlu səhvlər buraxırdıq. Əks-hücumlarda da qollar buraxdıq.
 
- Belə bir qələbə qazanmağınıza rəğmən, üzünüzdə heç bir emosiya yoxdu. Niyə?
- Hər şey meydanda qaldı (gülür). İstirahət etmək və İtaliya ilə oyuna hazırlaşmaq istəyirik. Çünki bu qələbə hələ bizə heç nə vermir.
 
- Belə olan halda yığmamızın perspektivini necə görürsüz?
- Yaxşı oyun göstərməsək də, AÇ-yə yaxşı start verdik. İstənilən halda 3 xal qazandıq. Hətta pis oyunla da qələbə qazanmaq xoşdu. İtaliya ilə oyunda da hər şey özümüzdən asılıdı. Ancaq öz oyunumuzu düşünəcəyik. Qrup birincisi olmaq üçün bizi heç-heçə də qane edir. Hazırlıq üçün vaxtımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.