1 fevral 2014 20:11
Qurban Qurbanov qadağa qoydu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının futbolçularına KİV-lə əlaqələrə qadağa qoyub. Azerisport.az xəbər verir ki, buna səbəb “Qarabağ”ın TPL-in 19-cu turu çərçivəsində “Xəzər Lənkərana”a məğlubiyyətidir (0:1).
Qadağa bir ay müddətində, martın 1-nə qədər davam edəcək. Qurbanov bu qadağını oyunçuların fikirlərinin oyunlar ətrafında cəmləməsi üçün tətbiq edib.
