1 fevral 2014 19:33
Qurban Qurbanov: Futbolçularıma narazılığımı bildirə bilmərəm
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov TPL-in 19-cu turu çərçivəsində “Xəzər Lənkərana”a məğlubiyyətə (0:1) şərh verib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Bəzi səbəblərdən üçüncü dövrənin startına hazırlaşa bilmədik. Bu gün biz qalib gələ bilərdik. Ancaq yaratdığımız vəziyyətləri qiymətləndirə bilmədik. Futbolçularıma narazılığımı bildirə bilmərəm, belə ki, onlar altı-yeddi qol vəziyyəti yaratdılar. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti oyunlara hazırlşacağıq”.
