1 fevral 2014 19:22
Oğuz Çetin: Fasilədən sonra Xəzər Lənkəran futbolçuları yaxşı oynadılar
“Xəzərə Lənkəran”ın məşqçisi Oğuz Çetin TPL-in 19-cu turu çərçivəsində “Qarabağ” üzərində qələbəyə (1:0) şərh verib. Azerisport.az xəbər verir ki, Çetin bunları söyləyib:
“Bu gün çox güclü rəqibə qarşı oynadıq. Oyundan qabaq xəstəxanada oldum, Mustafa Dənizli ilə söhbətləşdim. O, komandanın ub gün oynadığı heyət və taktika haqqında məlumat verdi. Məşqçilərin təzyiq altında olduğunu başa düşən futbolçulara təşəkkür edirəm. Ancaq uşaqlar çox yaxşı oynadılar. Birinci hissədə oyun yaxşı getmirdi. Ancaq fasilədən sonra futbolçular mövqe baxımından yaxşı oynadılar və qol vuraraq qələbə hesabını saxlaya bildilər. Ümid edirəm ki, komanda gələcəkdə də bizi sevindirə biləcək. Yeni oyunçular isə heyətə uyğunlaşa biləcək”.
