1 fevral 2014 15:00
Neftçi - Simurq matçının keçirilmə yeri dəyişdi
Topaz Premyer Liqasının 19-cu turunun "Neftçi" - "Simurq" matçının keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma "Bakcell Arena"da keçirilməliydi.
Lakin yeni qərara əsasən matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Görüş saat 14:00-da start götürəcək.
