1 fevral 2014 02:22

Futzal yığmamız qrupdan çıxmaq şanslarını yüksəltdi

Futzal üzrə Avropa çempionatının İtaliya yığmasına qarşı keçiriləcək yekun oyunu ərəfəsində millimiz “C” qrupunda liderliyi ələ keçirib. Azerisport.az xəbər verir ki, Sloveniya millisi üzərində 7:6 hesabı ilə qazanılmış əzmkar qələbə, Joze Alesionun yetirmələrinə ilk turda İtaliya yığmasını 3:2 hesabı ilə məğlub etmiş (3:2) Balkan təmsilçisini qabaqlamaq imkanı verib.

Beləliklə də 7-6 top fərqi ilə yığmamızın 3 xalı var. Sloveniya millisi 9-9 top fərqi ilə 3 xalla yığmamızı təqib edir və taleyin hökmünü gözləyir. Apennin təmsilçisi İtaliya isə 2-3 top fərqi ilə xalsızlığa rəğmən, öz taleyinin ağasıdır.

Bu isə o deməkdir ki, hər şey son oyunda həllini tapacaq. Yığmamız İtaliya komandası ilə heç-heçə edəcəyi və ya qələbə qazanacağı təqdirdə, qrup birincisi olacaq. Həmçinin, 0:1 və 1:2 hesablı məğlubiyyətdən başqa, istənilən bir top fərqli məğlubiyyət də yığmamızı birinci pillədə saxlayacaq. İki və daha artıq top fərqli məğlubiyyət isə komandamızı qrup sonuncusuna çevirərək, dörddəbir finaldan kənar qoya bilər.

Azərbaycan və İtaliya yığmalarının dörddəbir finala çıxması üçün başqa bir variant da var. Bun üçün komandalar şəxsi oyunda İtaliya yığmasının xeyrinə 8:7 (və ya 9:8, 10:9, 11:10 və i.) hesablı qələbəyə oynamalıdır. Bu halda “skuadra adzurra” qrup ikincisi olacaq.

İtaliya yığmasının birinci, Azərbaycan yığmasını ikinci olması isə heç nəzəri cəhətdən də mümkün deyil. Çünki, bu halda top fərqi əsas götürülür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.