1 fevral 2014 02:11
Vitali Borisov: Beşinci meydan oyunçusundan yaxşı istifadə etdik
Futzal millimizin oyunçusu Vitali Borisov AÇ-də Sloveniya millisi üzərində qələbədən (7:6) sonra azerisport.az saytına açıqlama verib:
“Çətin oyun idi. Biz ilk qolu vursaq da, sonra bütün oyunu rəqibi qovmaqla məşğul idik. Bizim beşinci meydan oyunçusunu yaxşı istifadə etməyimiz həlledici amil oldu. Mənə elə gəlir ki, sloveniyalılara daha asan idi. Hər halda bu, onların yarışda ikinci oyunu idi. Bizim isə start həyəcanımız vardı”.
