1 fevral 2014 14:30
Edu: Sloveniya qələbəsindən sonra bütün komanda ağlayırdı
Futzal üzrə Azərbaycan yığmasının üzvü Edu Avropa Çempionatı çərçivəsində Sloveniya üzərində qazandıqları möhtəşəm qələbədən (7:6) danışıb. Azerisport.az xəbər verir kiŞ o, bunları dilə gətirib:
"Çox ağır oyun idi. Sloveniya yenə göstərdi ki, çox yaxşı komandaya malikdi. Biz 2:5 hesabıyla məğlub olduğumuz oyundan qalib ayrıldıq. Hə, mən oyundan sonra ağladım. Bütün komanda ağlayırdı. Çünki biz bir ailəyik. İstər azərbaycanlılar, istər braziliyalılar. Bu, çox emosional vəziyyət idi".