Joze Alesio: Bugünkü qələbəyə rəğmən, belə oyunla İtaliya yığmasına qarşı çətin olacaq
Futzal millimizin baş məşqçisi Joze Alesio AÇ-də Sloveniya millisi üzərində qələbədən (7:6) sonra azerisport.az saytının suallarını cavablayıb:
- Komandanın oyunundan hansı təəssüratlarınız var?
- Yetirmələrimin oyunu xoşuma gəlmədi. İlk 5-10 dəqiqədə biz çox həyəcanlı idik. Çoxsaylı qələbələr qazandıq. Belə səhvlər etmək olmaz.
- Sabah nə ilə məşğul olacaqsınız? Səhvlərinizi təhlil edəcəksiniz?
- Bəli, çünki bizi ilk turda məğlub olmuş İtaliya yığması ilə oyun gözləyir.
- Sloveniya yığması necə təsir bağışladı?
- Çox əla komandadır. Biz onların oyununu təhlil etmişdik. Ancaq bununla belə, bizə bu gün çətin idi.
Siz hesab 6:6 olarkən, qapıçını meydan oyunçusu ilə əvəzlədiniz. Riskdən qorxmadınız?
- Mən şübhə etmirdim ki, bu, işə yarayacaq. Bu gün biz qələbə qazandıq, ancaq belə oynasaq, İtaliya yığmasına qarşı bizim üçün çox çətin olacaq.
