1 fevral 2014 13:30
Maksim Medvedev: XL ilə oyun Qarabağ üçün problem olmayacaq
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Toplanış artıq geridə qalıb. Qış hazırlığını necə qiymətləndirə bilərsiz?
- Hər şey yaxşı idi. Uşaqlar hazırlaşdılar. Səhvlərimiz üzərində işlədik. Deməzdim ki, çempionata yüz faiz hazırıq. Üstəlik, Nikolas Gelaşvili ilə Rəşad Sadıqov da zədəlidi.
- Hər şey yaxşı idi. Uşaqlar hazırlaşdılar. Səhvlərimiz üzərində işlədik. Deməzdim ki, çempionata yüz faiz hazırıq. Üstəlik, Nikolas Gelaşvili ilə Rəşad Sadıqov da zədəlidi.
- "Qarabağ"ın yeni transferi Jaba Dvali haqda nə deyə bilərsiz?
- Onun çıxışını çempionatda görəcəyik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir.
- Onun çıxışını çempionatda görəcəyik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir.
- Dvali daha çox cinahlarda oynayır. Amma "Qarabağ"a mərkəz hücumçusu daha çox lazımdı...
- Mənim işim futbol oynamaqdı. Bu sualı rəhbərlik və ya məşqçi cavablandıra bilər.
- Qarşıda sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Fikrimcə, bu oyunda "Qarabağ" üçün problem olmaz. Əlbəttə, XL artıq güclənib. Avrokuboklara çıxa bilərlər. Bəlkə bizdən də yaxşı hazırlıq keçiblər. Amma hər şeyi zaman göstərəcək.
- Qarlı havada futbol oynamaq çətin olmayacaq?
- Təbii ki, çətindi. Baxır qazon hansı vəziyyətdə olacaq.
- Təbii ki, çətindi. Baxır qazon hansı vəziyyətdə olacaq.
