1 fevral 2014 01:33
Rəvan Xəmsəsi ilə anlaşdı
Topaz Premyer Liqasının ikinci hissəsinə ciddi hazırlaşan "Rəvan” heyətini beş futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, komanda beş legionerlə rəsmi müqavilə bağlayıb.
Bunlar, braziliyalılar: yarımmüdafiəçi Tyaqo Mirasema və müdafiəçi Julio Sezar, sloveniyalı müdafiəçi Mitya Moriç, bosniyalı müdafiəçi Boyan Markoviç və nigeriyalı hücumçu Oke Akpovetadır. Legionerlərin hamısı ilə bir il yarımlıq müqavilə imzalanıb.
(Klub saytı)
