1 fevral 2014 12:57
Azərbaycan - Sloveniya matçından sonra dava düşüb
Futzal üzrə Avropa Çempionatının Belçikada baş tutan C qrupunun oyunları davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə Azərbaycan millisinin Sloveniya üzərində 7:6 hesabıyla qalib gəldiyi qarşılaşma qalmaqalla bitib.
Belə ki, gərgin mübarizədən sonra hər iki komandanın oyunçuları arasında kiçik münaqişə yaranıb. Lakin tərəflər arasındakı söz atışmasının daha böyük davaya çevrilməsinə imkan verilməyib.
