1 fevral 2014 12:34
"Azərbaycanla oyunda həlledici məqam topun dirəkdən dönməsi oldu"
Futzal üzrə Sloveniya yığmasının kapitanı İqor Osredkar Avropa çempionatında Azərbaycana qarşı keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz ikinci qələbəyə çox yaxın idik. Amma özümüzü çox yorğun hiss edirdik. Fikrimcə, həlledici məqam mənim zərbəm zamanı topun qapı dirəyindən dönməsi oldu. Halbuki, qapı boş idi. Mən çox təəssüflənirəm. Ancaq indiki halda bizdən asılı olan heç nə yoxdu".