31 yanvar 2014 12:40
Şəfa qar altında
"İnter" klubunun ev oyunlarını keçirdiyi "Şəfa" stadionu bütövlüklə qarla örtülüb. Azerisport.az xəbər verir ki, bu stadion əməkdaşları qarı təmizləməyə çalışsalarda çovğun onlara mane olur.
Hazırda stadionda klubun əvəzedici heyəti məşq edir. Bazar günü 19-cu tur çərçivəsində "İnter" - AZAL görüşünün baş tutacağı sual altındadır. Son qərarı Peşəkar Futbol Liqası verəcək.
Qeyd edək ki, sinoptiklər şaxtalı havanın fevralın 3-nə qədər davam edəcəyini bildirir.
