31 yanvar 2014 12:29
Rizvan Fərzəliyev: Artıq bizim qrupun favoriti yoxdu
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Rizvan Fərzəliyevin azerisport.az saytına müsahibəsi
- İtaliya - Sloveniya matçının nəticəsi (2:3) sizi də təəccübləndirdi?
- Əlbəttə. Çünki italiyalılar qrupumuzun favoriti idilər. Sloveniya isə bu komanda ilə oyuna düzgün taktika seçərək qalib gəlməyi bacardı. Nəticə təbii ki, gözlənilməzdi. Amma sloveniyalılardan bunu gözləməyə dəyərdi. Biz onların nəyə qadir olduğunu yaxşı bilirdik.

- Yəni belə çıxır ki, italiyalılardan fərqli, siz bu komandaya qarşı necə oynamaq lazım olduğunu daha yaxşı bilirsiz?
- Bəli. Düşünürəm ki, Sloveniyanın bizdən öncə İtaliya ilə oynaması xeyrimizə oldu. Əks halda biz oxşar problemlə üzləşə bilərdik.

- Yəqin ki, indi bu komandadan daha çox ehtiyatlanırsız...
- İtaliyanın bəxti onda da gətirmədi ki, hakimlər bir neçə də sloveniyalıların lehinə səhvlər etdilər. Sloveniyanın üçüncü qolu ümumiyyətlə qaydalar çərçivəsində vurulmamışdı. İstənilən halda biz də bu rəqibə ehtiyatla yanaşmalıyıq.
- Siz də hakim səhvinin qurbanı olmaqdan ehtiyat edirsiz?
- İnanmaq istərdim ki, biz belə problemlə üzləşmərik. Bu barədə düşünmürük. Biz qrupda iki qələbə qazanıb, növbəti mərhələyə çıxmaq istəyirik.

- Necə oynamağı düşünürsüz?
- Bizim ilk oyun üçün öz taktikamız var. Joze Alesio artıq necə oynayacağımızı bizə izah edib. Rəqibin hər bir həmləsinə öz cavabımız var. Əsas oyun intizamıdı. Buna oyunun sonunadək əməl etməliyik.

- İki qələbə qazanmaq istədiyinizi dediniz. Bəs işlər siz istəyən kimi getməsə necə olacaq?
- Sloveniyanın qələbəsindən sonra bizim qrupda favorit yoxdu. Hər şey ola bilər. Məsələn, biz Sloveniyaya qalib gəlib, İtaliyaya uduza bilərik. Belə olan halda hər şey top fərqindən asılı olacaq. Baxaq, görək necə olacaq.