31 yanvar 2014 12:19
PFL Premyer Liqa oyunları ilə bağlı qərarı sabah verəcək
Topaz Premyer Liqasının 19-cu turunun oyunlarının keçirilməsi sual altındadı. Azerisport.az xəbər verir ki, ölkə ərazisinə yağan qar qış fasiləsindən sonrakı ilk turun oyunlarının keçirilməsinə problem yaradıb.
Peşəkar Futbol Liqası bu oyunların keçirilməsinə sabah qərar verəcək. Bunun üçün bütün stadionlara baxış keçiriləcək. Hava şəraiti və stadionların durumu oyunları keçirməyə imkan versə, o zaman təxirəsalma olmayacaq. Lakin hansısa görüşlərin təxirə salınması da istisna olunmur.
Sinoptiklərin verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti fevralın 3-dək davam edəcək.
