31 yanvar 2014 19:33
Kamran Ağayev Qəbələdə!
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək.
Qapıçı ilə bir il yarımlıq müqavilə imzalanıb. 1986-cı ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər-Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub.
(Klub saytı)
