31 yanvar 2014 20:22
Portuqaliya KİV-i: Azərbaycan milliləşdirilmiş oyunçulara gəlincə, bütün rekordları qırıb
Portuqaliya KİV-i AÇ-nin favoriti olan yığmaların heyətində milliləşdirilmiş oyunçular mövzusuna toxunarkən, millimizi də qeyd edib. Azerisport.az Portuqaliya KİV-nin fikirlərini diqqətinizə çatdırır:
“AÇ-yə uğursuz başlamış İtaliya yığmasının heyətində bu dəf yeddi braziliyalı var. Ancaq milliləşdirilmiş oyunçulara gəlincə, burada Azərbaycan bütün rekordları qırıb: 14 oyunçudan 8-i braziliyalıdır. Bununla yanaşı, baş məşqçi də braziliyalıdır. Hazırkı Avropa çempionu İspaniyanın heyətində isə bir braziliyalı var: Fernando. Rusiya yığmasında beş braziliyalı var. Beləliklə, İspaniya, İtaliya, Rusiya və Azərbaycanın niyə AÇ-nin favorit olduğu aydındır”.
