31 yanvar 2014 18:20
Sumqayıt - Qəbələ matçının keçirilmə tarixi dəyişdirildi
"Qəbələ"nin əsas və əvəzedici heyətinin 19c-u tur çərçivəsində keçirəcəyi oyunların tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, buna Sumqayıtdakı əlverişsiz hava şəraiti səbəb olub.
"Sumqayıt"ın əsas və əvəzedici komandaları ilə qarşılaşmalar fevralın 2-də baş tutacaq. Əvəzedicilər saat 10:00-da, əsas komandalar isə 14:00-da üz-üzə gələcəklər.
