31 yanvar 2014 16:50
Qarabağ ikinci dövrəyə əzmkar qələbə ilə başladı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 19-cu tura start verilib. Azerisport.az xəbər verir ki, “Qarabağ” ev oyununda “Xəzər Lənkəran”la qarşılaşıb və rəqibini 3:2 hesabı ilə məğlub edib.
Günün digər oyunu isə “Sumqayıt”la “Qəbələ” arasında keçirilməli idi. Lakin əlverişsiz hava şəraitinə görə qarşılaşma baş tutmayıb.
Topaz Premyer Liqası
19-cu tur
31 yanvar
Qarabağ - Xəzər Lənkəran - 3:2
Qollar: Ülvi Rəfizadə, 8, Elvin Nəsibov, 69, Fuad Məmmədzadə, 90+2 - Bəhruz Teymurov, 46; Elnur Cəfərov, 61.
