31 yanvar 2014 15:43

Adrian Skarlatake: Yeni futbolçularımız haqda əvvəl heç nə bilmirdim

"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin azerisport.az saytına müsahibəsi 
- Türkiyə toplanışını necə qiymətləndirirsiz?
- Hər şey yaxşı keçdi. Hazırlıq üçün kifayət qədər vaxtımız var idi. Çempionatın qalan hissəsinə yaxşı hazırlaşmşıq.
 
- Digər klublardan fərqli siz cəmi iki oyun keçirdiniz. Niyə belə az?
- Bunun səbəbini mən bilmirəm. Görünür, baş məşqçimiz belə qərar verib. Yəqin ki, o, bizə daha çox oyun keçirməyin lazımsız olduğunu düşünüb.
- Qış fasiləsi zamanı komandanıza beş yeni futbolçu gəldi. Onlar haqda nə deyə bilərsiz?
- Fikrimcə, onlar "Xəzər Lənkəran"a kömək edə biləcəklər. Əsas heyətə düşmək üçün çox çalışırlar. Buna nail ola bilərlər.
 
- Bəs bu vaxta qədər onlar haqda nə bilirdiz?
- Düzünü deyim ki, buna qədər onlar barədə heç nə bilmirdim. Amma əsas olan bu deyil. Onların komandamıza daha çox kömək etməsi, məşqlərdə maksimum çalışmaları daha vacibdi.
 
- "Xəzər Lənkəran"ın son transferləri o qədər də uğurlu hesab olunmur...
- Sizin nə demək istədiyinizi bildim. Amma mənə elə gəlir ki, indi hər mövqe üzrə daha geniş seçim imkanı var. 
- Düşünmürsüz ki, hücum xəttini gücləndirməyə daha çox ehtiyac var idi?
- Mən bu barədə çox eşidirəm. Amma az qol vurmağımız təkcə hücumdan asılı deyil. Bizim yaxşı hücumçularımız var. Sadəcə, bəxtimiz həmişə gətirmir. Görünür, bütövlükdə komandamızın çıxışında çatışmazlıq var.
 
- Şənbə günü sizi "Qarabağ"la oyun gözləyir...
- Bu komandanı yaxşı tanıyırıq. Mənim fikrimcə, "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdı. Amma biz bu oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.