31 yanvar 2014 14:53
Maksim Medvedev: XL ilə oyun təxirə salınsa, hazırlıq üçün vaxtımız çox olar
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 19-cu turunun "Xəzər Lənkəran"la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Düzünü deyim ki, hələ oyunun baş tutub-tutmayacağını bilmirəm. Yəqin ki, öncə PFL bu haqda qərar verib, bizə məlumat çatdıracaq. Bir tərəfdən oyunun təxirə salınması yaxşı hal da sayıla bilər, digər tərəfdən yox. Əgər təxirəsalma olsa, oyuna daha yaxşı hazırlaşmaq şansımız olacaq. Amma oyunun hansı tarixə salınacağı bilinmir və növbəti turların təqvimi ilə bağlı sıxlıq yarana bilər".
