31 yanvar 2014 13:58
Sumqayıt - Qəbələ matçı təxirə salındı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 19-cu turunun bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, "Sumqayıt" - "Qəbələ" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Məlumatı "Sumqayıt" klubunun rəsmi saytı yayıb.
