31 yanvar 2014 13:32
Marat İzmaylov 19-cu turda debüt edə bilər
"Qəbələ" rusiyalı yarımmüdafiəçi Marat İzmaylovla müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Portuqaliyanın "Portu" klubundan icarəyə götürülən futbolçu ilə yarım illik anlaşmaya imza atılıb.
İzmaylov artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, baş məşqçi Yuri Syomin 31 yaşlı xavbeki Premyer Liqanın 19-cu turunun "Sumqayıt"la oyununda meydana buraxa biləcək.
