31 yanvar 2014 13:10
Kamran Ağayev Qəbələyə keçdi
"Bakı"nın futbolçusu Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək. Azerisport.az xəbər verir ki, qapıçı bu gün tibbi baxışdan keçəcək sonra isə yeni komandasıyla müqavilə imzalanacaq.
Məlumatı "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov təsdiqləyib: "Qəbələ bizə rəsmi müraciət etdi. Biz də etiraz etmədik. Kamran üçün tələb olunan məbləğ klubumuza ödəniləcək. Ona görə də Ağayevin başqa kluba keçməsində heç bir problem yoxdu."
Qeyd edək ki, ilkin məlumata görə "Qəbələ" Kamran Ağayevlə 2 illik müqavilə imzalayacaq.
