30 yanvar 2014 12:33
İtaliya yığmasının qapıçısı: Azərbaycan millisi ilə oyunda bütün səhvlərimizi düzəltməliyik
Futzal üzrə İtaliya yığmasının qapıçısı Stefano Mammarela İtaliya KİV-nə açıqlamasında AÇ-nin ilk oyununda Sloveniya yığmasına məğlubiyyəti (2:3) şərh edib. Azerisport.az xəbər verir ki, Mammarela bunları söyləyib:
“Nə isə düz getmədi. Öz oyunumuzu göstərmək üçün meydana çıxdıq. Ancaq bu, baş vermədi. Rəqib bizdən güclü idi. Xüsusən, fiziki planda. İndi Azərbaycan yığmasına qarşı oyun bizim üçün həlledici olacaq. Biz öz səhvlərimizdən nəticə çıxarmalı və qarşıdakı oyunda xətalarımızı düzəltməliyik”.
Xatırladaq ki, İtaliya - Azərbaycan oyunu fevralın 2-də keçiriləcək.
