30 yanvar 2014 12:12
Aleksandr Stankov Ticaninin Bakıya keçidi haqda məlumatı təkzib etdi
Bolqarıstan “Lokomotiv”inin baş məşqçisi Aleksandr Stankov Fransa KİV-nin yarımmüdafiəçi Ticani Belaidin “Bakı”ya keçidi haqda məlumatına şərh verib. Azerisport.az xəbər verir ki, Stankov Bolqarıstan KİV-nə bunları söyləyib:
“Hazırda Ticaninin transferi ilə bağlı hər hansı danışıqlar yoxdur. O, bu barədə nə mənimlə, nə də rəhbərliklə heç nə danışmayıb. KİV-də yayılmış məlumat həqiqətə uyğun deyil. Biz adıçəkilən Azərbaycan klubundan heç bir təklif almamışıq”.
