30 yanvar 2014 11:44

İsgəndər Cavadov: Bu gün Süleymanov haqda belə deyən Mahir, sabah mənim haqda da eyni sözü deyə bilər

AFFA İcraiyyə komitəsinin üzvü, ötənlərin məşhur futbolçusu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində yanvar ayında TPL klublarında baş vermiş məşqçi istefalarına münasibətini bildirib:
- İlin əvvəlində futbol ictimaiyyətimizi iki istefa lərzəyə gətirdi. “Neftçi”nin baş məşqçisi Nazim Süleymanovun və “Rəvan”ın baş məşqçisi Şahin Diniyevin vəzifəsindən getməsini necə qəbul etdiniz?
- Bu, klubların daxili işidir və buna qarışmaq haradasa, düzgün deyil. Axı həqiqqətən nə baş verdiyini bilmirik. Ancaq peşəkar cəhətdən yanaşsaq, məşqçi təyin edilibsə, səbirli olmaq və ona işləmək üçün vaxt vermək lazımdır. Mən belə şeyləri təqdir etmirəm. Ola bilsin ki, Süleymanovun da təqsiri var. Müqavilə imzalamamışdan qabaq hər şeyi incəliklərə qədər müzakirə etmək lazım idi. Yaxşı komanda yaratmaq üçün iki il lazımdır. Düzdür, əgər bu, top məşqçisi və futbolçuları olan top klub deyilsə. Ümumilikdə, mən “Neftçi”ni ölkənin ən məşhur klubu hesab edirəm. “Neftçi” digər klublar üçün nümunə olmalıdır.
 
- Nazim Süleymanovu tənqid etmiş Mahir Şükürovun sözləri güclü əks-səda doğurdu.
- Mahirdən belə şey gözləməzdim. Sabah o, özü məşqçi ola bilər. Maraqlıdır ki, komandası ona qarşı belə üsyan etsə, ona xoş gələr? Onun belə etməyə haqqı yoxdur. Ola bilər ki, bir məşqçi kimi Nazim hələ formalaşmayıb, ancaq bir futbolçu kimi özünü gözəl isbat edib və hörmətə layiqdir. Bu gün Süleymanov haqda belə deyən Mahir, sabah mənim haqda da eyni sözü deyə bilər.
 
- Bəs sizin vaxtınızda necə idi?
- Komanda rəisi harada olmasından asılı olmayaraq, futbolçunun davranışına göz qoyurdu. İndi isə komandada futbolçular ancaq futbola görə pul alır. Futboldan kənarda nə etdikləri isə heç kimi narahat etmir. Futbolçu klubun simasıdır. O, sözlərinə və hərəkətlərinə diqqət etməlidir.
 
- Nə üçün klub rəhbərləri yerli mütəxəssislərə münasibətdə belə səbirsizdirlər?
- Yerli məşqçilərə qeyri-peşəkar yanaşırlar. Əcnəbilərin yerli mütəxəssislərimizdən fərqli transfer məsələlərində daha çox imtiyazları var. Buna rəğmən, nəticəyə məhz özümüzün mütəxəssisləri nail olurlar.
 
- Hər halda Böyükağa Hacıyev yenidən “Neftçi”nin baş məşqçisidir.
- Bir şey təsəlli verir ki, sükanı yerli mütəxəssisə tapşırdılar. Digər tərəfdən, rəhbərlik hesab etdi ki, hazırkı dönəmdə məhz Hacıyev bu işin öhdəsində gələ bilər və aparıcı oyunçular bu məşqçinin onlara lazım olduğu qərarına gəldilər. Ona yaranmış vəziyyətdən çıxmaq asan olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.