Joze Alesio: Biz qrupu birinci kimi tamamlamaq istəyirik
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio AÇ çərçivəsində Sloveniya millisinə qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb. Azerisport.az Alesionun fikirlərini diqqətinizə çatdırır:
“Əvvəllər deyirdilər ki, Sloveniya zəif komandadır. Onlar yoldaşlıq görüşündə Portuqaliyanın məğlub edib İspaniya ilə heç-heçə etdikdən sonra isə, bunun belə olmadığı aydın oldu. Çərşənbə günü onlar final turnirində çox yaxşı nəticələr göstərə biləcəyini sübut etdilər”, deyə Alesio əvvəlki üç AÇ-də xal toplaya bilməyən rəqibi haqda sözə başlayıb.
“Sloveniya millisinin İtaliya yığması üzərində qələbəsi məni sevindirmədi. Mən heç-heçə istəyirdim. İndi biz mütləq qələbə qazanmalıyıq, rəqibi isə heç-heçə də təmin edir. Axı biz qrupu birinci kimi tamamlamaq istəyirik”, deyə portuqaliyalı mütəxəssis etiraf edib.
Alesio AÇ-də komandasına nəyin xeyir gətirəcəyini bilir: “Sloveniya millisi çox yaxşı təşkil edilmiş kollektivdir. Ancaq orada əsasən beş-altı futzalçı oynayır. Bu, bizim üçün yaxşıdır. Çünki, onlar çox yorulublar. Bəziləri parket üzərində 40 dəqiqədən 30-nu keçirib. Buna görə də sloveniyalılar müdafiədən oynayaraq az pressinq edirlər. Bizə topa yaxşı nəzarət etmək lazımdır ki, rəqibin əks-hücumlarını buraxmayaq”.
“Azərbaycan yığmasında AÇ-2010-un yarımfinalında iştirak etmiş bir çox futbolçular yenə də oynayır. Rəcəb Fərəczadə, Vitali Borisov, Felipe, Rizvan Fərzəliyevin yaşı 30-u ötüb. Biro Jade (Maşado Nilson - red.) isə 41 yaşında da oynamaqda davam edir.
Mən yığmanın komplektləşdirilməsindən çox razıyam. Bizim bir neçə gənc futbolçumuz var. Ancaq əsas ifaçılar elə həmin oyunçulardır. Bütün oyunçularım təcrübəlidir. Hamı başa düşür ki, çətin olacaq”, deyə Alesio bildirib.
Yoxlama oyunlarında Serbiya üzərində qələbələr (4:1. 3:0) isə Alesionu razı salmayıb: “Bu oyunlar ağır yüklənmələr fonunda keçib. Oyunçularıma çətin idi. Amma ini komandam rəsmi oyunlara hazırdır. Hər şey yaxşıdır”.
(UEFA)
