30 yanvar 2014 11:11

Joze Alesio: Məqsədimiz qrupda birinci yeri tutmaqdır

Yanvarın 31-də Avropa çempionatında ilk oyununu keçirəcək futzal üzrə Azərbaycan milli komandası bu gün Belçikanın Antverpen şəhərində ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Joze Alesio Da Silva məşqdən sonra mətbuat nümayəndələrinə fikirlərini bildirib:

“Bu il komanda çox yaxşı hazırlıq keçib. Bakıda və Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olmuşuq. Avropa çempionatına istər fiziki, istərsə də texniki-taktiki cəhətdən 90 faiz hazırıq. Buradakı məşqlərlə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Məşqlər zamanı oyunçularıma maksimum nəticənin qazanılmasını təbliğ edirəm.

Çoxları Sloveniya yığmasının zəif olduğunu deyir. Ancaq Sloveniya millisi yoldaşlıq oyunlarında bu çempionatın iştirakçısı və favoritlərindən olan Portuqaliya yığmasına qalib gəlib, İspaniya komandası ilə isə heç-heçə edib.

Fikrimizdə minimum yarımfinal mərhələsinə çıxmaq var. Qrupu ilk yerdə yerdə tamamlasaq, o biri qrupun ikincisi kimi Çexiya və ya Xorvatiya yığması ilə qarşılaşa bilərik. Yarımfinalda isə Portuqaliya yığması ilə üz-üzə gəlmək və bu minvalla finala da yüksəlmək imkanımız var. Ancaq qrup ikincisi olsaq, şansımız azalır. Çünki digər qrupda böyük ehtimalla birinci yeri İspaniya millisi tutacaq. Bununla belə, ümidvaram ki, oyunçularım məqsədlərinin nə olduğunu bilir. Komandaların hər biri ilə oynamaq çətindir. Ancaq yaxşı hazırlıq keçsək, istəkli olsaq, istədiyimiz nəticəni qazana bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.