30 yanvar 2014 19:11
Neftçi təkzib etdi
“Neftçi” PFK azerisport.az saytına açıqlamasında Əlcəzairin “Əl Xarraş” klubunun futbolçusu Hişam Belkaruinin transferi ilə bağlı danışıqlar aparması haqda məlumatı təkzib edib:
“Neftçi” Belkaruiyə görə heç bir təklif etməyib və ümumiyyətlə, bu qış heç bir xarici transfer həyata keçirmək fikrində deyil. Qış fasiləsinin gedişində biz yalnız perspektiv vəd edən Samir Məsimovu aldıq. Xarici KİV-də bu tipli məlumatların yayılması təəccübləndirir. Bütün bunlar həqiqət deyil”.
Xatırladaq ki, bu gün Əlcəzair KİV-i “Flaqman”ın Belkaruiyə görə Əlcəzair klubuna 250 min avro təklif etməsi barədə məlumat yaymışdı.
