30 yanvar 2014 18:55
Rəşad Sadiqov: Çempionatın davamında bunun faydasını görəcəyik
“Neftçi” PFK-nın kapitanı Rəşad Sadiqov təlim-məşq toplanışı barədə fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib. Azerisport.az xəbər verir ki, Sadiqov bunları söyləyib:
“Təlim-məşq toplanışı üçün komandaya hər cür şərait yaradılmışdı. İnanıram ki, çempionatın davamında bunun faydasını görəcəyik. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionatda mübarizə aparan rəqiblərimizin hamısına qarşı tam gücümüzlə oynamalıyıq. Çünki bundan sonra qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Eyni zamanda ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik”.
(Klub saytı)
