30 yanvar 2014 18:44

Ruslan Əmircanov: Zəif komanda yoxdur, zəif hazırlıq var

“İnter”in müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “İnter”-AZAL matçına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, Əmircanov bunları söyləyib:

“AZAL zəif rəqib deyil. Toplanış zamanı internet saytlarında bu komandanın hazırlığı barədə oxudum və bilirəm ki, onlar bir neçə yoxlama matçı keçiriblər və bir necə yeni futbolçu ilə müqavilə imzalayıblar. Bu komandaya Vaqif Sadıqov rəhbərlik edir və mən də onun rəhbərliyi altında çalışmışam. Bilirəm ki, bu çalışdırıcı üçün əsas məsələlərdən biri nizam-intizam məsələsidir. İlk dövrədə AZAL bizi məğlub etmişdi. Həmin oyunda onlar yaxşı hücum etməyi bacaran formalaşmış komanda təəssüratı yaratmışdılar. Ümumiyyətlə, çempionatda zəif rəqib qalmayıb. Zəif rəqib yoxdur, zəif hazırlıq var. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Fasilə öncəsində AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz.

Bütün komandalar istər mövsümün başlanğıcında, istərsə qış fasiləsindən sonrakı ilk matçda özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bəli, AZAL-ı meydanında məğlub etmək bizə müyəssər oldu, ancaq bu, bizi rahatlaşdırmamalıdır. Ona görə ki, yenidən qələbə qazanmaq üçün bizə 90 dəqiqə mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, “İnter”-AZAL matçı fevralın 2-də başlayacaq. Start fiti 17.00-da çalınacaq.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.