Yuri Syomin: Mən heç vaxt İzmaylovun ustalığına şübhə etməmişəm
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bildirib ki, 31 yaşlı yarımmüdafiəçisi Marat İzmaylov haqda “Portu” ilə danışıqlar artıq yekunlaşmaq üzrədir. Azerisport.az Syominin bu haqda müsahibəsinin diqqətinizə çatdırır:
“İzmaylovun “Qəbələ”də peyda olacağı ehtimalı böyükdür. Mən “Portu”nun prezidentini yaxşı tanıyıram. O, Maratı maya qədər icarəyə götürməyimizə icazə verib. Beləliklə, hər şey yaxın vaxtlarda həllini tapacaq”, deyə Syomin bildirib.
- Bəs ümumiyyətlə, İzmaylov variantı necə meydana gəldi?
- Mən həmişə Maratla münasibət saxlamışam. Onun agenti Paulu Barboza ilə tanışam. Belə ki, bu qarşılıqlı qərardır.
- Bəs İzamylovun bu mövsüm demək olar ki, oynamaması sizi narahat etmir?
- Heç nə narahat etmir. İzmayılov rəhbərliyim altında oynayıb və hər şeyi çox yaxşı edib. Onun səviyyəsinə, ustalığına və düşüncəsinə mənim heç vaxt şübhəm olmayıb.
- Daha bir yetirməniz Diniyar Bilyaletdinov icarəyə getmək istəyir. O da “Qəbələ”də peyda ola bilər?
- Düşünürəm ki, Diniyarın geniş seçimi var. Əgər nəyəsə qərar versə, mütləq mənən zəng edəcək.
(Sport-ekspress)
