30 yanvar 2014 18:00

Dieqo Madriqal: İnterə Parksın komandasına verdiyi xeyirdən çox faydalı olmağa çalışacağam

"İnter"in yeni transferi Dieqo Madriqal azerisport.az saytının suallarını cavablandırıb:

- "İnter"in heyətində Türkiyədə hazırlıqda iştirak etdin. Yeni komandan necə təsir bağışladı?
- İlk günlər mənim üçün çətin oldu. Çünki, uyğunlaşmaq lazım idi. Lakin qısa zamanda həm futbolçular, həm məşqçi heyəti ilə tanış oldum. Sevinirəm ki, belə mehriban komandanın üzvüyəm. Türkiyədə hazırlıq çərçivəsində vacib oyunlar keçirdik. Bu oyunlar mənim üçün kollektivə uyğunlaşmaq baxımından vacib idi. Şübhəsiz bəzi çatışmazlıqlar olur. Müəyyən vaxtdan sonra özümü daha yaxşı göstərə biləcəyəm.

- Azərbaycan futbolu haqda hansı məlumatın var?
- Menecerim "İnter"in təklifi barədə deyəndə məlumatsız idim. İnternet vasitəsilə klub və ölkəniz barədə məlumat topladım. Azərbaycanda futbola böyük diqqət göstərildiyini öyrəndim. "İnter" əvvəllər Azərbaycan çempionu olub. Ona görə bu komandaya gəlişimə razılaşdım. Həm də uğurlu çıxış etməklə avrokuboklara vəsiqə qazana bilərik. Vətənimlə Azərbaycan arasında məsafə uzaq olsa da bu mənim üçün problem deyil.

- Azərbaycan çemionatında "İnter" 4-cü yerdədir...
- Liderlərdən çox uzaqda deyilik. Bir neçə görüşdə qələbə qazansaq problem həll olunacaq. Çempionatın yarısı hələ irəlidədir. Ona görə indidən "İnter"i hesabdan silməyin. Türkiyədəki hazırlıq bəhrəsini verməlidir. Komandamla uğur qazanmaq, mövsümü mükafatla başa vurmaq istəyirəm. 

- Ölkəmizə gəldiyin üçün Kosta-Rika yığmasına çağrılmağın problem ola bilər?
- Düşünmürəm problem olsun. Legioner həyatı yaşamaq hər futbolçuya nəsib olmur. "İnter"də özümü doğrultsam yenidən yığma məşqçilərinin diqqətini cəlb edəcəyəm. Azərbaycana gəlməyimi geriyə addım saymıram. İddialı komandanın üzvüyəm, digər tərəfdən özümü sınamaq istəyirəm.

- Yaxın keçmişdə Kosta-Rika yığmasının üzvü Uinston Parks Azərbaycanda iki klubun şərəfini qoruyub. İlk illərdə yaxşı oyun nümayiş etdirib...
- Parks yığmada böyük təcrübəyə malik futbolçudur. Onun Azərbaycanda oynadığını bilirəm. O, hər zaman komandasının uğurları üçün çalışır. Mənim də vəzifəm bu olacaq. "İnter"ə Parksın komandasına verdiyi xeyirdən çox faydalı olmağa çalışacağam. 

- "İnter" çoxlu qol vəziyyəti yaratsa da imkanları istifadə edə bilmir. Bu problemi həll edə biləcəksiniz?
- Qolsuz qalib gəlmək olmaz. Komandamda təzə olduğuma baxmayaraq qələbə üçün əlimdən gələni edəcəyəm. Antalyadakı oyunlarda pis təsir bağışlamadıq. Mövsümü uğurla başa vura bilərik. Hələlik rəqiblər barədə heç bir söz deyə bilmərəm. Çünki, çempionatın səviyyəsi eləcə də klublarınız barədə məlumatım azdır. Çempionatın səviyyəsi oyunlar zamanı məlum olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.