30 yanvar 2014 17:00

Zaur Axundov: İtaliyanın bu məğlubiyyəti bir çox planlarımızı dəyişdi

Futzal federasiyasının rəhbəri Zaur Axundov azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının Avropa çempionatındakı şanslarından danışıb:
- Millimizin AÇ-də hansı hədəfləri var?
- Məqsədlərimiz yüksəkdir. İlk növbədə qrupdan çıxmalıyıq. Bunun üçün İtaliya və Sloveniya yığmalarını üstələmək lazımdır. Bizim qrupda zəif yoxdur. Sloveniyalılar italyanları məğlub etməklə, bunu sübut etdilər. Buna rəğmən, hədəflərimiz əvvəlki tək qalır.
- Bizim potensial rəqibimiz İspaniya yığması Xorvatiya millisi ilə heç-heçə (3:3) etdi və çox güman ki, qrupda ikinci yer tuta bilər. Bu, sizin planlarınızı dəyişmir ki?
- Hələlik buna əhəmiyyət vermirik. Hazırda ancaq Sloveniya yığmasına qarşı oyun haqda düşünürük. İlk oyunda qələbə qazanmaq lazımdır. Daha sonra, son turdan qabaq gələcək strategiyanı işləmək olar.
- Komandamız son toplanışları səfərdə keçirdi və indi çox az adamın Azərbaycan yığmasının necə olması haqda təsəvvürü var. Sloveniya yığmasın məğlub etməyə gücümüz yetəcək?
- Komandamız Sloveniya millisindən zəif deyil. Onların heyətində əsasən altı futbolçu oynayır. İki futzalçı isə ümumiyyətlə bütün oyunun əvəzləmədən keçirdi. Hazırda bizim iki eynigüclü heyətimiz var. Bu komandanı məğlub etmək borcumuzdur. Hesab edirəm ki, bu oyun, ən vacib oyundur. Asan olmayacaq. Belə ki, Sloveniya bizi məğlub edib pley-offa lider kimi çıxmaq istəyəcək.
- İtaliya məyus etmədi ki?
- Məyus etdi. Onlar yarışın favoriti hesab edilirdi. Yüksək reytinqləri var. Ola bilər ki, sadəcə olaraq rəqibi qiymətləndirmədilər. Bu, mənim üçün şok idi. Bu nəticəyə rəğmən, hər şey Azərbaycan - İtaliya oyununda həllini tapacaq. Ancaq buna rəğmən, İtaliyanın bu məğlubiyyəti bir çox planlarımızı dəyişdi.
- Əgər komandamız 2012-ci ildə olduğu kimi, qrupdan çıxa bilməsə, federasiya hansı addımları atacaq?
- Mən oyunçularıma demişdim ki, “Araz”ın UEFA Kubokunun Dördlər Finalına çıxması hələ heç nə demək deyil. Əlbəttə, bu böyük uğurdur, ancaq bizim üçün yığmanın uğuru vacibdir. Axı yığma bütün futzalımızın simasıdır. Komanda bu yarışda yaxşı nəticəyə nail olmalıdır. Bu nəticədən məşqçi və bir çox futzalçıların taleyi asılı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.