30 yanvar 2014 16:22
Fariz Nəcəfov: İzmaylovu Qəbələdə Yuri Syomin görmək istəyib
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına açıqlamasında “Portu”nun yarımmüdafiəçisi Marat İzmaylovlun icarəsi bağlı fikirlərini bildirib:
“İzmaylovun xidmətlərindən istifadə haqda fikir komandanın baş məşqçisi Yuri Syomin tərəfindən səsləndirilib. Biz onu Türkiyə toplanışının sonunda əldə etmək istəyirdik. Ancaq müəyyən səbəblərdən o, Antalyaya gələ bilmədi. Hazırda İzmaylov Bakıdadır. Çox güman ki, onunla mövsümün sonuna qədər müqavilə imzalayacağıq. İcarə əsasında oynayacaq. İzmaylov 2014-15-ci illər mövsümünün sonuna qədər “Portu”ya məxsusdur. Əgər Syominlə əməkdaşlığı davam etsək, İzmaylovla da müqaviləni artıracağıq”.
