30 yanvar 2014 16:00
Neftçi əlcəzairli futbolçuya görə 250 min avro ödəməyə hazırdır
“Neftçi” Əlcəzairin “Əl Xarraş” klubunun futbolçusu Hişam Belkaruini almağı planlaşdırır. Azerisport.az Əlcəzair KİV-nə istinadən xəbər verir ki, “Flaqman” 24 yaşılı müdafiəçiyə görə 250 min avro təklif edib.
Ancaq “Əl Xarraş”ın baş məşqçisi Bualem Şaref əsas futbolçulardan olduğu üçün müdafiəçini satmaqdan imtina edib.
Futbolçuya Tunisin “Esperans” klubu da təklif göndərib. Tunislilər 300 min avroda dayanıblar. Digər Tunis klubu “Etual dü Sahel” 400 min avrosundan keçməyə hazırdır”.
Mümkün transfer məsələsi açıq olaraq qalır.
