30 yanvar 2014 15:44
İspaniya TV kanalı: Azərbaycan pley-offa vəsiqə qazanmaq istəyir
İspaniyanın 24TV kanalı futzal üzrə Avropa çempionatı ilə bağlı süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, ispan jurnalist favoritlər arasında Azərbaycan yığmasının da adını çəkib:
"Belçikada keçirilən Avropa çempionatında favoritlər ənənəvi komandalardır. İspaniya, İtaliya yığmaları hər zaman final uğrunda yarışır. Bu mənada turnirdə sürpriz olacağı da istisna deyil. Azərbaycan, Sloveniya kimi komandalar hər zaman maksimum güc sərf edir və pley-offa vəsiqə qazanmaq istəyir. Avro-2014 hər komanda üçün çətin olacaq".
