30 yanvar 2014 15:33
Vaqif Sadıqov: AZAL istədiyi futbolçuları ala bilmədi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında komandanın yeni transferləri haqda fikrini bildirib:
“İstədiyimiz bütün transferləri həyata keçirə bilmədik. Bir tərəfdən, bütün yaxşı oyunçuların öz klubları ilə müqaviləsi var. Digər tərəfdən, büdcə sözünü deyir. Ancaq yeni oyunçulara ümidlər bəsləyirik. Nedo Turkoviçlə Axtam Xamrakulov arasında seçim aparacağıq. İlk turlarda güman ki, Xamrakulova şans verəcəyik. Laşa Kasradzeyə isə müdafiədə ümidliyik: həm müdafiədə, həm də dayaq zonasında”.
