30 yanvar 2014 15:00
Marat İzmaylov bu gün Qəbələnin futbolçusu olacaq
Bir qədər əvvəl “Qəbələ”nin “Portu”nun rusiyalı yarımmüdafiəçisi Marat İzmaylovu hədəfə aldığı haqda məlumat vermişdik. Azerisport.az xəbər verir ki, “radarlar” futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
“Lokomotiv”in yetirməsi Yuri Syominə mütəxəssisin “dəmiryolçular”ı çalışdırdığı vaxtdan tanışdır. 2007-ci ildən İzmayılov Portuqaliyada çıxış edir. Futbolçu əvvəlcə “Sportinq”, sonra isə “Portu”nun şərəfini qoruyub.
İzmaylov Rusiya yığmasında 35 oyun keçirib. DÇ-2002 və AÇ-2004, 2012-nin iştirakçısı olub.
