30 yanvar 2014 01:55
Andrey Doboviçnik: Azərbaycan yığmasına qarşı oyun əsl döyüş olacaq
Futzal üzrə Sloveniya yığmasının baş məşqçisi Andrey Doboviçnik AÇ-də “C” qrupunun ilk oyununda İtaliya yığması üzərində qələbəni (3:2) şərh edib. Azerisport.az xəbər verir ki, Doboviçnik bunları söyləyib:
“Bu, bizim üçün vacib oyun idi. Ancaq biz buna hazır idik və uğurlu oynadıq. Biz sensasiya etdik. İndi Azərbaycan yığmasına qarşı oyuna hazırlaşmaq lazımdır. Biz rəqibə hörmət edirik. Güclü komandadır. Onlar haqda kifayət qədər məlumatımız var və sürpriz gözləmirik. Meydançada əl döyüş olacaq”.
Xatırladaq ki, millimiz Sloveniya yığması ilə yanvarın 31-də qarşılaşacaq.
