30 yanvar 2014 14:33
Vaqif Sadıqov: Üç xal həm AZAL-a və həm də İnterə lazımdır
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində TPL-n 19-cu turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib:
“Bu oyun çox çətin oyun olacaq. Rəqibin yaxşı, formalaşmış heyəti var. Nəyə qadir olduğumuzu göstərmək istəyiriksə, qələbə qazanmalıyıq. Üç xal həm bizə və həm də rəqibə lazımdır. Çox çətin oyun olacaq. Hazırda rəqibin oyununu təhlil etməklə məşğuluq”.
