30 yanvar 2014 14:22

Maşado Nilson: İtalyan və sloveniyalılara yaxşı bələdik, nəinki onlar bizə

Futzal millimizin oyunçusu Maşado Nilson azerisport.az saytına müsahibəsində Belçikada keçirilən AÇ-yə hazırlıq və yarışda məqsədlər barədə danışıb:

- Komanda tarixində üçüncü AÇ-yə hazırdır?
- Düşünürəm ki, hazırdır. Bu komanda yarışda uğurla çıxış edəcək.

- Belə əminlik haradandır?
- Mən komandaya inanıram və həmişə inanmışam (gülür). Komandanın yarışda uğurlu çıxışına böyük ümidlərim var. Dəyişikliklərə gəlincə, ötən il ilə müqayisədə elə də çox deyil. Biz gücümüzə daha da əmin olmuşuq. Bu, az əhəmiyyət kəsb etmir.

- İki il qabaqkı AÇ ilə müqayisədə biz güclənmişik?
- Birmənalı cavab verə bilmərəm. İki il qabaq bizim güclü komandamız vardı. Elə indiki kimi. Sadəcə, bəxtimiz gətirmədi. Biz qrupdan çıxa bilərdik. O zaman bunu edə bilmədik. Bu dəfə isə hər eşy fərqli olacaq.

- Azarkeşlər nəyə gözləsinlər?
- AÇ-2010-dan pis çıxış etmək istəməzdik. Dörd il qabaq yarımfinala çıxa bilmişdik. Niyə bunu təkrarlamayaq? Bütün komanda bunu istəyir.

- Azərbaycan yığması İtaliya və Sloveniya yığmalarının qarşılaşmasından sonra yarışa başlayacaq. Bu, nə dərəcədə sərfəlidir?
- Bu, istifadə edə biləcəyimiz qədər sərfəlidir. Biz Sloveniya - İtaliya oyununa baxmışıq. Onlara yaxşı bələdik, nəinki onlar bizə.

- Qrupda hansı yerə ümid edirsiniz?
- Təbii ki, birinci yer uğrunda mübarizə aparacağıq. Heç kim dörddəbir finalda İspaniya ilə qarşılaşmaq istəmir. Birinci yer uğrunda ciddi mübarizə gedəcək.

- Qrupdan çıxmaq şansı əldə etmək üçün, ilk növbədə Sloveniya yığmasını məğlub etmək lazımdır.
- Bu, asan rəqib deyil. İtaliya yığması üzərində qələbə buna sübutdur. Yoxlama oyunlarında Portuqaliyanı məğlub edib İspaniya ilə heç-heçə oynayıblar. Buna rəğmən, bizə ilk oyunumuzda qələbə gərəkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.